SON XƏBƏRLƏR

İran rəsmiləri silahlı qüvvələrin hazır vəziyyətdə olduğunu deyirlər

2026.04.11, 13:05
İran rəsmiləri silahlı qüvvələrin hazır vəziyyətdə olduğunu deyirlər

İran rəsmiləri bildiriblər ki, ölkənin silahlı qüvvələri ABŞ ilə aparılan danışıqlar fonunda hazır vəziyyətdə saxlanılır.

Gunaz.tv

Parlamentin üzvü Ruhollah Moteffəkkər Azad qeyd edib ki, İran ABŞ-a etibar etmir və “dövlət öz iradəsini döyüş meydanında qəbul etdirməyə” hazırdır.

Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Fədahüseyn Maleki də bildirib ki, silahlı qüvvələr danışıqlarda hər hansı “strateji səhv” baş verməsi ehtimalına qarşı “tətik üzərində" gözləyirlər.

Daha əvvəl isə Prezident Məsud Pezeşkianın kommunikasiya üzrə müavini Mehdi Təbətəbai X sosial şəbəkəsində bənzər fikitlər yazaraq silahlı qüvvələrin hazır vəziyyətdə olduğunu qeyd etmişdi.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar