SON XƏBƏRLƏR

İran ABŞ ilə razılaşma üçün əlaqə saxlayıb

2026.04.13, 22:29
İran ABŞ ilə razılaşma üçün əlaqə saxlayıb

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə; ABŞ rəsmisi bildirib ki, gərginliyin artmasına baxmayaraq, Vaşinqton və Tehran arasında danışıqlar davam edir və tərəflər müharibə böhranından çıxış üçün diplomatik həll yolu axtarırlar.

“CNN” telekanalı Ağ Ev rəsmisinə istinadən yazıb: “ABŞ və İran arasında təmaslar davam edir və razılaşmaya nail olmaq üçün irəliləyiş istiqamətində proses gedir.”

Bu arada, şənbə günü Pakistanda keçirilən intensiv danışıqlar konkret nəticə olmadan başa çatıb və tərəflərin yenidən üzbəüz görüş keçirib-keçirməyəcəyi hələ məlum deyil.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İran həmin gün səhər onun administrasiyası ilə əlaqə saxlayıb və deyib: “Onlar razılaşmaya nail olmaq üçün çox istəklidirlər.”

Bu proseslər hərbi və iqtisadi təzyiqlərin artdığı bir vaxtda baş verir və diplomatiya hələ də mümkün çıxış yollarından biri kimi qalır.


Günaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar