SON XƏBƏRLƏR

Vens: ABŞ İrana nüvə silahından imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya təklif edir

2026.04.15, 11:26
Vens: ABŞ İrana nüvə silahından imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya təklif edir

ABŞ İrana nüvə silahının hazırlanmasından qeyd-şərtsiz imtina müqabilində qlobal iqtisadiyyatın bir hissəsi olmaq şansı təklif edir.

Gunaz.tv

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu Corciya ştatında universitetdə keçirilən forumdakı çıxışında bildirib.

"O, məhz bu mübadiləni (İrana-red) təklif edir", - Vens Prezident Donald Tramp barədə danışarkən bildirib. Biz danışıqları davam etdirmək və bu planı həyata keçirmək üçün çalışmaq niyyətindəyik, çünki bu, dünya, ölkəmiz, hər kəs üçün gözəl nəticə olardı. Buna görə də mən bunu reallaşdırmaq üçün hər cür səy göstərəcəyəm", - Vens əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton Tehranla danışıqları davam etdirmək niyyətindədir və güman edir ki, İran tərəfi razılığa gəlməkdə maraqlıdır.

"Bu problem bir saatda nizamlamaq mümkün deyil. Amma bəli, mən danışıqlar masasında həmsöhbətlərimizin razılığa gəlməyə can atdıqlarını güman edirəm. Amerika Birləşmiş Ştatları Prezidenti bizə vicdanla işləməyi tapşırıb. Biz bunu etmişik. Gələcəkdə də bunu etmək niyyətindəyik", - Vens bildirib.

Eyni zamanda, ABŞ vitse-prezidenti hesab edir ki, Pakistanda İranla danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar