SON XƏBƏRLƏR

ABŞ Ordusu İranın dəniz blokadasının bir hissəsi olaraq səkkiz neft tankerini ələ keçirib

2026.04.15, 11:28
ABŞ Ordusu İranın dəniz blokadasının bir hissəsi olaraq səkkiz neft tankerini ələ keçirib

ABŞ-nin Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadası tətbiq ediləndən bəri, İslam Respublikasındakı limanlara girməyə və ya çıxmağa çalışan səkkiz neft tankerini saxlayıb.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" qəzeti ABŞ administrasiyasının adı çəkilməyən rəsmisinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, ABŞ hərbçiləri radiokanal vasitəsilə ticarət gəmiləri ilə əlaqə saxlayıb və onlardan marşrutlarını dəyişmələrini tələb edib. Ələ keçirilən bütün tankerlər bu tələblərə əməl edib.

Məlumata görə, ABŞ İranın dəniz blokadasını tətbiq etmək üçün 15 hərbi gəmi və bir neçə min hərbi qulluqçu yerləşdirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar