SON XƏBƏRLƏR

Millət vəkili: İran ABŞ-la danışıqlara ümid bağlamır

2026.04.16, 14:00
Millət vəkili: İran ABŞ-la danışıqlara ümid bağlamır

İran ABŞ ilə aparılan danışıqlara heç bir ümid bəsləmir və xoş niyyətlə prosesə qoşulmasına baxmayaraq qarşı tərəfə etibar etmir.

Gunaz.tv

Bu barədə iranlı millət vəkili Parlamentin milli təhlükəsizlik komissiyasının üzvü Vahid Ahmadi bildirib.

"İndi qərar vermək növbəsi ABŞ-a çatıb və Vaşinqtonun İranın tələblərini qəbul edib-etməyəcəyi bəlli olmalıdır." - deyə o bildirib.

Millət vəkili qeyd edib ki, əgər ABŞ müsbət cavab verməzsə, İran müharibəni davam etdirməkdən çəkinməyəcək.

“İndi ABŞ qərar verməlidir ki, İranın tələblərini qəbul edə bilərmi. Əgər etməzsə, İslam Respublikası öz yolunu və müharibəni davam etdirməkdə tərəddüd etməyəcək,” – deyə o bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar