SON XƏBƏRLƏR

Sistan və Bəlucistada 13 bəluc öldürülüb

2026.04.16, 17:30
Sistan və Bəlucistada 13 bəluc öldürülüb

Müharibənin başlamasından bu yana Sistan və Bəlucistan əyalətində 55 terrorçu həbs edilib və 13 terrorçu isə öldürülüb.

Gunaz.tv

Bu barədə "Fars" xəbər agentliyi Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Saxlanılanlar İsrail və ABŞ ilə əməkdaşlıqda ittiham olunur və "terrorçu qrupların" üzvləri adlandırılıblar.

İran dövlət mediasının iddiasına görə, onların məqsədləri yol kənarına bomba qoymaq, hərbi obyektlərə hücum etmək, rəsmilərə sui-qəsd etmək və hava hücumları üçün həssas yerləri müəyyən etməkdən ibarət olub.

Saxlanılan və öldürülənlərin kimliyi barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar