SON XƏBƏRLƏR

İsrael Hayom: İranın dəstəyi dayanmadan Livanda dəyişiklik mümkün deyil

2026.04.17, 10:37
İsrael Hayom: İranın dəstəyi dayanmadan Livanda dəyişiklik mümkün deyil

Gunaz.tv

“İsrael Hayom” qəzeti Livan və İsrail arasında atəşkəsə dair hesabatında yazıb ki, İsrail və ABŞ rəsmilərinin fikrincə, Livanda əsaslı dəyişiklik yalnız İran hakimiyyəti “Hizbullah”a dəstəyi dayandırdığı halda mümkün olacaq; bu isə hazırkı şəraitdə real görünmür.

Hesabata görə, İsrail və ABŞ mənbələri vurğulayıb ki, Tehranın dağıdıcı rolu və “Hizbullah”a davamlı dəstəyi Livanda siyasi dəyişiklik və davamlı sabitliyin qarşısındakı əsas maneədir; hazırda bu vəziyyətin dəyişəcəyinə dair heç bir əlamət yoxdur.

“İsrael Hayom” eyni zamanda qeyd edib ki, bütün bu maneələrə baxmayaraq, İsrail ilə Livan arasında mümkün razılaşma bir neçə ay ərzində imzalana bilər.

Eyni zamanda, bir ABŞ rəsmisi bu mediaya bildirib: “Gözlənilir ki, yaxın həftələrdə Benyamin Netanyahu ilə Livan prezidenti arasında görüş keçirilsin”; bu görüş bölgədə gərginliyin idarə olunmasına yönəlmiş diplomatik səylərin bir hissəsi kimi qiymətləndirilir, baxmayaraq ki, Tehranın müdaxilələrinin kölgəsi Livanın üzərində qalmaqda davam edir.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar