SON XƏBƏRLƏR

İranlı deputat: internetin bərpası hazırda ölkənin maraqlarına uyğun deyil

2026.04.17, 11:50
İranlı deputat: internetin bərpası hazırda ölkənin maraqlarına uyğun deyil

İranlı deputat bildirib ki, hazırkı şəraitdə internetə çıxışın bərpası ölkənin maraqlarına uyğun deyil.

Gunaz.tv

Bunu Parlamentin sosial komitəsinin üzvü Fəzlullah Rancbər deyib.

O, hakimiyyəti bizneslərə və vətəndaşlara dəyən zərərlərin kompensasiyasını ödəməyə çağırıb.

Fəzlullah Rəncbər bildirib ki, kompensasiyalar Hörmüz boğazından əldə olunan gəlirlər, dondurulmuş vəsaitlərin azad edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi hesabına maliyyələşdirilməlidir.

“Hazırkı vəziyyətdə internetin bərpası ölkənin maraqlarına uyğun deyil,” – deyə o bildirib və əlavə edib ki, bu mərhələdə internetə çıxışın yenidən açılmasını dəstəkləmir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar