SON XƏBƏRLƏR

Hörmüz niyə qəfil bağlandı?

2026.04.18, 23:11
Hörmüz niyə qəfil bağlandı?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, beynəlxalq etibarlı mənbələr bildirir ki, SEPAH-ın dəniz qüvvələri bu gün yenidən Hörmüz boğazını bağlayıb və ticarət gəmilərinin keçidini dayandırıb.

Məlumata əsasən, İran bir gün əvvəl boğazın “müvəqqəti açıq” olduğunu elan etsə də, 24 saat keçməmiş bu qərarı dəyişərək yenidən keçidi bağlayıb.

İran rəsmiləri bu addımın səbəbini “ABŞ hökumətinin danışıqlarda öhdəliklərini yerinə yetirməməsi” və İran limanlarına qarşı davam edən dəniz blokadası ilə izah ediblər. Məlumatlar göstərir ki, bu qərar Hörmüz boğazından siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə etmək məqsədi daşıyır.

Bu addımdan sonra strateji keçiddə dəniz hərəkəti ciddi şəkildə pozulub və bir sıra gəmilər dayanmağa və ya marşrutlarını dəyişməyə məcbur olub.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar