SON XƏBƏRLƏR

Tehran danışıqları inkar etdi

2026.04.19, 20:29
Tehran danışıqları inkar etdi

İRAN dövlət mediası danışıqları inkar etdi | “Hər şey ABŞ-ın günahıdır”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; İranın dövlət mediası “İRİNA” İslamabadda keçiriləcəyi iddia olunan danışıqların ikinci raundu ilə bağlı xəbərləri rədd edib və bunu Tehrana təzyiq göstərmək məqsədilə “ABŞ-ın media oyunu” kimi təqdim edib.

İRİNA yazıb: “İslamabadda danışıqların ikinci raundu ilə bağlı yayılan xəbərlər doğru deyil və bu, ABŞ-ın İrana təzyiq göstərmək üçün apardığı ‘günahlandırma oyunu’nun bir hissəsidir.”

Bu hökumətyönlü media daha sonra danışıqlardakı dalanı ABŞ-ın üzərinə ataraq iddia edib: “ABŞ-ın həddən artıq tələbləri və qeyri-real şərtləri, mövqelərin davamlı dəyişdirilməsi, ziddiyyətli bəyanatlar və atəşkəs anlaşmasının pozulması sayılan dəniz mühasirəsinin davamı, eləcə də təhdidlər indiyədək danışıqların irəliləməsinə mane olub və bu şəraitdə nəticə verəcək danışıqlar üçün aydın perspektiv görünmür.”

Bu açıqlama beynəlxalq mənbələrin danışıqların davam etdirilməsi istiqamətində səylərin sürdüyünü bildirdiyi və İslamabadda təhlükəsizlik tədbirlərinin artırılması kimi faktların Tehranın rəsmi mövqeyini sual altına aldığı bir vaxtda səslənib.

Müşahidəçilər hesab edir ki, İran artan təzyiqlər və danışıqlarda irəliləyiş əldə edə bilmədiyi şəraitdə yenidən məsuliyyəti qarşı tərəfin üzərinə atmağa çalışır; bu isə illərdir təkrarlanan və diplomatik prosesi daha da çətinləşdirən yanaşmadır.

 

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar