SON XƏBƏRLƏR

Qalibaf ABŞ-la danışıqlara qarşı çıxanları sərt tənqid edib

2026.04.20, 15:26
Qalibaf ABŞ-la danışıqlara qarşı çıxanları sərt tənqid edib

İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf müşavirlərlə görüşdə ABŞ-la mümkün razılaşmaya qarşı çıxanları kəskin şəkildə tənqid edib.

Gunaz.tv

Vaşinqtonla son danışıqlarda İran nümayəndə heyətinə də rəhbərlik edən Qalibaf, İranın Milli Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili və mühafizəkar deputat Əmirhüseyn Sabiti kimi şəxsləri ekstremist və proksi tipli qüvvələr kimi xarakterizə edərək onların ölkəni məhvə aparacağını bildirib.

Onun sözlərinə görə, bu düşərgə dövlət televiziyasından istifadə edir və mühafizəkar qrupu səfərbər edərək danışıqlara və ABŞ-la mümkün razılaşmaya qarşı müqaviməti gücləndirir.

Qalibaf həmçinin parlament sədrliyindən uzaqlaşdırılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və xarici işlər naziri Abbas Əraqçinin də vəzifədən kənarlaşdırıla biləcəyi ilə bağlı narahatlığını dilə gətirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar