SON XƏBƏRLƏR

Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib

2026.04.21, 11:00
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı həyata keçirilən “Midnight Hammer” əməliyyatının nəticələri ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Gunaz.tv

 Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

Tramp bildirib ki, əməliyyat İranın “nüvə tozu” adlandırdığı obyektlərin tamamilə məhv edilməsi ilə nəticələnib.

Onun sözlərinə görə, bu səbəbdən həmin materialların çıxarılması uzun və çətin proses olacaq.

Qeyd edək ki, “Midnight Hammer” əməliyyatı zamanı ötən ilin 21-22 iyun tarixlərində ABŞ İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbələr endirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar