SON XƏBƏRLƏR

İran: İslamabada səfər planımız yoxdur

2026.04.21, 21:57
İran: İslamabada səfər planımız yoxdur

Danışıqlar niyə yenə dalana dirənir? İran niyə birdən mövqeyini dəyişdi?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, hazırda İslamabada səfərlə bağlı heç bir plan yoxdur və Tehran “ABŞ tərəfinin ziddiyyətli mesajları və proqnozlaşdırılması mümkün olmayan addımları” ilə üz-üzədir.

Bu açıqlamalar İranın diplomatik qərarlarında yenidən ziddiyyətlərin yarandığı və danışıqlarla bağlı aydın mövqe ortaya qoya bilmədiyi bir vaxtda səsləndirilib. Bəqai deyib: “Danışıqlar nəticə yönümlü olduğu zaman Tehran bu prosesdə iştirakla bağlı qərar verəcək.”

İran Xarici İşlər Nazirliyinin sözçüsü regiondakı vəziyyətlə bağlı iddialar səsləndirərək əlavə edib: “Gəmiçiliyə müdaxilə quldurluq və dövlət terrorizmidir”; o vurğulayıb ki, diplomatik prosesdə iştirakın onların maraqlarını təmin edib-etmədiyi qənaətinə gəlmək lazımdır.

Bu mövqelər İranın ziddiyyətli addımları və qeyri-sabit siyasətinin danışıqlar prosesini dəfələrlə dalana dirədiyi və bunun nəticələrinin birbaşa İran daxilində yaşayan insanların üzərinə düşdüyü bir şəraitdə səsləndirilir.


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar