SON XƏBƏRLƏR

Almaniya kansleri: İran rəhbərliyi və SEPAH bütün xalqı alçaldır

2026.04.27, 17:13
Almaniya kansleri: İran rəhbərliyi və SEPAH bütün xalqı alçaldır

Almaniya kansleri Fredrih Merz bazar ertəsi bildirib ki, İran rəhbərliyi və SEPAH ölkənin bütün xalqını alçaldır.

Gunaz.tv

O, Şimali Reyn-Vestfaliya əyalətinin Marsberq şəhərində tələbələr qarşısında çıxışı zamanı deyib: “Bütün bir xalq İran rəhbərliyi, xüsusilə də bu özlərini ‘İnqilab Keşikçiləri’ adlandıran qüvvələr tərəfindən alçaldılır.”

Merz əlavə edib ki, İran rəsmiləri ABŞ ilə danışıqları “çox ustalıqla” aparır və əvvəl düşünüləndən daha güclü görünürlər.

Kansler həmçinin qeyd edib ki, Hörmüz boğazı qismən minalanıb və ABŞ-ın bu müharibədə hansı çıxış strategiyasını izlədiyini görmədiyini bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar