SON XƏBƏRLƏR

İran XİN sözçüsü: Pakistan ABŞ-la danışıqlarda rəsmi vasitəçi kimi qalır

2026.05.01, 11:08
İran XİN sözçüsü: Pakistan ABŞ-la danışıqlarda rəsmi vasitəçi kimi qalır

Pakistan İran və ABŞ arasında danışıqlarda rəsmi vasitəçi kimi çıxış etməyə davam edəcək.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində İran-ABŞ danışıqlarında vasitəçinin dəyişdirilməsi ehtimalına münasibət bildirərkən deyib.

O bildirib ki, bir çox ölkə bu prosesə yardım etmək istəyir və onların bəzilərinin niyyəti müsbətdir, lakin rəsmi vasitəçi kimi Pakistan qalır.

XİN rəsmisinin sözlərinə görə, İran xarici işlər naziri Abbas Əraqçinin İslamabada səfərinin əsas məqsədi Tehranın mövqeyini Pakistana çatdırmaq olub.

O, Əraqçinin Moskvaya səfərinə də toxunaraq bildirib ki, İranın Rusiya ilə strateji tərəfdaşlıq sazişi və müxtəlif sahələri əhatə edən razılaşmaları mövcuddur və bu çərçivədə müdafiə, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq aparılır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar