SON XƏBƏRLƏR

Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

2026.05.03, 10:43
Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranın raket silahları sahəsində qorunub saxlanılan potensialını ləğv etmək niyyətini açıqlayıb.

Gunaz.tv

Amerika lideri bunu Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində deyib.

"Hə, mən bunu məhv etmək istərdim", - deyə o, İranın raket texnologiyaları sahəsində hələ də mövcud olan istehsal gücləri haqqında suala cavabında bildirib.

Amerika administrasiyasının məlumatına görə, Birləşmiş Ştatlar və İsrail tərəfindən endirilən zərbələrdən sonra Tehranda raket potensialının 15 %-dən azı qalıb.

Jurnalistlər Trampa Vaşinqtonun İslam Respublikasına yenidən zərbə endirib-endirməyəcəyi barədə də sual veriblər.

"Baxarıq. Bu, mümkündür, belə bir şey, şübhəsiz ki, baş verə bilər", - Ağ Evin rəhbəri bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar