SON XƏBƏRLƏR

Danışıqlarda dalan: qərarvermə prosesi daha da mürəkkəbləşir

2026.05.04, 08:19
Danışıqlarda dalan: qərarvermə prosesi daha da mürəkkəbləşir

Gunaz.tv

Haaretz qəzeti təhlilində yazıb ki, ABŞ ilə İran arasında danışıqlarda yaranmış dalan fonunda Tehrandakı daxili ixtilaflar və Vaşinqtonun strategiyasındakı qeyri-müəyyənlik qərarvermə prosesini daha da çətinləşdirib.

Gunaz TV-nin məlumatına görə, təhlildə bildirilir ki, danışıqlar dolayı yolla və vasitəçilər üzərindən davam etdirilir, bəzi mövqelər isə reaksiyaları ölçmək üçün mediaya sızdırılır.

Qəzet vurğulayır ki, ABŞ-ın iqtisadi təzyiqləri, o cümlədən dəniz blokadası indiyədək Tehranın geri çəkilməsinə səbəb olmayıb və eyni zamanda müharibəyə qayıdış variantı da hələ də qeyri-müəyyən olaraq qalır.

Təhlildə həmçinin İranın siyasi fiqurları arasında ABŞ-la münasibətlərin necə qurulacağı ilə bağlı fikir ayrılıqlarına diqqət çəkilir və qeyd olunur: “ABŞ-da müharibənin davamı daxili məsələyə çevrildiyi kimi, İranda da fraksiyalararası rəqabət daha da kəskinləşib.”

Haaretz-in yazdığına görə, Tehranın son təklifi “müharibənin dayandırılması, Hörmüz boğazına tətbiq olunan blokadanın aradan qaldırılması, ABŞ qüvvələrinin çıxarılması və nüvə dosyesinin digər mövzulardan ayrılması”nı əhatə edir; bu yanaşma İranın Hörmüz boğazını danışıqlarda təzyiq vasitəsi kimi istifadə etdiyini göstərir.

Ümumilikdə, təhlil nəticə çıxarır ki, hər iki tərəf öz prioritetlərini yenidən müəyyənləşdirir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar