SON XƏBƏRLƏR

BÖYÜK BİRLİK PARTİYASI DA SƏRHƏD MƏSƏLƏSİNƏ MÖVQE AÇIQLADI

2021.10.20, 07:36
BÖYÜK BİRLİK PARTİYASI DA SƏRHƏD MƏSƏLƏSİNƏ MÖVQE AÇIQLADI

Gunaz.tv
BÖYÜK BİRLİK PARTİYASI DA SƏRHƏD MƏSƏLƏSİNƏ MÖVQE AÇIQLADI “Azərbaycan xalqının haqq və mənafeləri təmin olunmadan Türkiyənin Ermənistanın önünü açacaq, əlini gücləndirəcək addımlar atmasına tərəfdar deyilik. Rəhmətlik başqanımız Möhsün Yazıçıoğlunun da mövqeyi beləydi”. Böyük Birlik Partiyasının baş katibi, sədr əvəzi Yalçın Topçu Türkiyənin Ermənistanla sərhədləri açacağına dair məlumatlara münasibət bildirərkən belə deyib. “Media forum” saytına açıqlamasında Yalçın Topçu bildirib ki, BBP Azərbaycanın masada olmadığı heç bir işin arxasında olmayacaq: “Bu məsələdə Türkiyənin duracağı yer Azərbaycan və Azərbaycan xalqının yanıdır. Türkiyənin mənafelərinə xələl gəlsə belə, mövqe bu cür olmalıdır. Azərbaycanın torpaqları işğaldan azad olunmadan Türkiyə Ermənistanla əlaqə qurmamalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar