SON XƏBƏRLƏR

MİRHÜSEYN MUSƏVİDƏN HÖKUMƏTƏ YENİ TƏNQİDLƏR

2021.10.20, 07:36
MİRHÜSEYN MUSƏVİDƏN HÖKUMƏTƏ YENİ TƏNQİDLƏR

Gunaz.tv
MİRHÜSEYN MUSƏVİDƏN HÖKUMƏTƏ YENİ TƏNQİDLƏR Mirhüseyn Musəvi İranın keçmiş baş naziri, prezidentliyə namizəd Mirhüseyn Musəvi jurnalistlərə açıqlama verib. Musəvi bu il iyunun 12-də keçiriləcək prezident seçkisində namizədliyindən narahat olanları qınayıb: «Seçki mübahisələri cəmiyyətdə kin və düşmənçilik yaratmamalıdır. Biz meydana qələbə üçün girmişik. Sona qədər çalışacağıq». Musəvi qanun pozuntularından gileylənib: «Qanun pozuntuları bizim ən böyük problemlərimizdən biridir. Bu problemin qəsdən və bilərəkdən yaranmasını demək istəmirəm. Ancaq bütün hallarda qanunun aliliyinin pozulması ölkə üçün təhlükəlidir». Hər şeydə şəffaflığın tərəfdarı olduğunu bildirən Musəvi bir sıra həqiqətlərin vətəndaşlardan gizli saxlanmasını lüzumsuz saydığını bəyan edib: «Vaxtilə biz xalqa vəd vermişdik ki, hər şeydə şəffaf davranacağıq. Bu gün isə qapalı olmağa, hər şeyi vətəndaşlardan gizli saxlamağa çalışırıq. Rəsmilərimiz ölkənin valyuta fondunda saxlanan vəsaitin miqdarını gizlədirlər. Axı buna nə ehtiyac var? Xalq hər şeydən xəbərdar olmalıdır». Mediaya qoyulan məhdudiyyətləri bəyənmədiyini vurğulayan Musəvi prezident seçiləcəyi təqdirdə cəmiyyətdəki bütün siyasi cərəyanlarla əməkdaşlıq edəcəyini bildirib: «Vətəndaşlar qəzetlərin bağlanmasını sevmir. Gənclərə hörmətlə yanaşmaq lazımdır. Biz cəmiyyətdə fəaliyyət göstərən bütün siyasi qruplarla əməkdaşlıq edəcəyik. Mən buna çox önəm verirəm». Musəvi ölkədəki etnik müxtəlifliyi İran üçün təhlükə saymadığını davurğulayıb: «Mən bunu bir təhdid yox, fürsət sayıram. İran xalqları min illər boyunca birlikdə yaşayıb ranlı kimliyi mənalandırıblar. Bütün İran xalqları və etnik qruplar milli birliyin və milli vəhdətin ayrılmaz hissələridirlər». Keçmiş baş nazir ölkədə bir sıra rəsmilərin vətəndaşların peyk antenlərinə və internet fəaliyyətlərinə qoyduğu qadağanın da nəticə verməyəcəyini vurğulayıb: «Bəziləri güman edirlər ki, peyk anenləri və internetin qarşısını zorla ala bilər. Bu mümkün deyil. Dünya dəyişib. Biz bu dəyişiklikləri tanımalı və reallıqları qəbul etməliyik». 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulan Musəvi hazırda Tehran İncəsənət Akademiyasının rəhbəridir.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar