SON XƏBƏRLƏR

Türkiyə baş nazirinin müşaviri: «Azərbaycanın Türkiyədəki zirvədə yüksək səviyyədə iştirakı yaxşı olardı»

2021.10.20, 07:36
Türkiyə baş nazirinin müşaviri: «Azərbaycanın Türkiyədəki zirvədə yüksək səviyyədə iştirakı yaxşı olardı»

Gunaz.tv
Türkiyə baş nazirinin müşaviri: «Azərbaycanın Türkiyədəki zirvədə yüksək səviyyədə iştirakı yaxşı olardı» Qeybulla Qeybullayev: «Barak Obamanın Türkiyədəki görüşlərində Türkiyə-Ermənistan sərhədinin açılması, o cümlədən regional məsələlər də müzakirə olunacaq» Rəsmi Bakının BMT Mədəniyyətlər İttifaqının zirvə toplantısında yüksək səviyyədə təmsil olunması ona divident gətirərdi. Bunu ANS PRESS-ə Türkiyə Baş nazirinin müşaviri Qeybulla Qeybullayev deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəsmilərinin Türkiyədə görüşməsi də effektli ola bilərdi. Qeybulla Qeybullayev onu da bildirib ki, ABŞ prezidenti Barak Obamanın Türkiyə rəsmiləri ilə keçirəcəyi görüşdə Türkiyə-Ermənistan sərhədinin açılması, o cümlədən regional məsələlər də müzakirə olunacaq. Rəsmi Bakı isə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyədə keçirilən toplantıda iştirakdan imtina etməsini nə təsdiq, nə də təkzib edir. Qeyd edək ki, Azərbacan prezidentinin toplantıda iştirak etməməsi bu ölkənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına etiraz jesti kimi qiymətləndirilir. Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə hələlik məhz bununla bağlı açıqlama vermək istəmədiyini bildirib. Qeyd edək ki, BMT-nin Mədəniyyətlər İttifaqına indiyədək 83 ölkə üzv olub. İttifaqın yaradılması ideyası fərqli mədəniyyətlər arasında problem yaradan halların qarşısını almaq məqsədilə 2005-ci ildə Türkiyə və İspaniyanın baş nazirləri tərəfindən irəli sürülüb. Daha sonra isə qurumun BMT-nin tərkibində fəaliyyət göstərməsi qərara alınıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar