SON XƏBƏRLƏR

Tramp: İranın uranını alacağıq

2026.05.06, 20:18
Tramp: İranın uranını alacağıq

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Yaxın Şərqdə müharibənin dayandırılması ilə bağlı razılaşma cəhdlərinin davam etdiyi bir vaxtda, Amerikanın İranın zənginləşdirilmiş uranını ələ keçirəcəyini bir daha bəyan edib.

Gunaz TV-nin məlumatına görə, Tramp Ağ Evdə keçirilən tədbirdən çıxarkən jurnalistlərin İranın uran ehtiyatları ilə bağlı sualına cavab olaraq bildirib: “Biz onu alacağıq.”

Tramp administrasiyasının İrana qarşı hərbi hücumlara başlamasının əsas məqsədlərindən birinin Tehranı nüvə silahı əldə etməkdən çəkindirmək olduğu qeyd edilir.

Məlumatlara əsasən, İranın hələ də 60 faiz zənginləşdirilmiş 400 kiloqramdan çox uranı var. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun sözlərinə görə, bu materiallar ötən il baş vermiş 12 günlük müharibə zamanı bombalanan obyektlərin altında qalmış ola bilər.

Tramp çıxışı zamanı həmçinin İranın danışıqlara və razılaşmaya maraq göstərdiyini bildirib və deyib: “Biz İranda çox yaxşı iş görürük. Hər şey çox rahat şəkildə gedir və görəcəyik nə baş verəcək. Onlar razılaşmaq istəyirlər, danışıqlar aparmaq istəyirlər.”

ABŞ prezidenti danışıqların gedişi ilə bağlı əlavə edib: “Biz razılaşma əldə etmək istəyən insanlarla işləyirik və görəcəyik onlar bizi qane edəcək bir razılaşma təqdim edə biləcəklərmi, ya yox.”

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar