SON XƏBƏRLƏR

Ermənistanın xarici işlər naziri Türkiyəyə getməyib

2021.10.20, 07:36
Ermənistanın xarici işlər naziri Türkiyəyə getməyib

Gunaz.tv
Ermənistanın xarici işlər naziri Türkiyəyə getməyib Edvard Nalbandyanın Mədəniyyətlər İttifaqı Layihəsinin toplantısında iştirak etməyəcəyi bildirilir Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Mədəniyyətlər İttifaqı Layihəsinin toplantısında iştirak etmək üçün Türkiyəyə getməyib. Bu barədə məlumatı Ermənistanın «Armtoday» saytı «Erkir Media» telekanalı yayıb. Qeyd edək ki, daha əvvəl E.Nalbandyanın aprelin 6-7-də İstanbula səfər edəcəyi bildirilmişdi. Səfərin nə üçün ləğv edildiyinə dair heç bir rəsmi məlumat verilməyib. Qeyd edək ki, rəsmi Bakı Türkiyədə aprelin 6-7-də keçiriləcək Mədəniyyətlər İttifaqı Layihəsinin toplantısında iştirak edir. Türkiyəyə yollanan nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov rəhbərlik edir. Mədəniyyətlər İttifaqı Layihəsinin toplantısı artıq öz işinə başlayıb. Hazırda toplantıda BMT-nin Baş katibi Ban Ki Mun çıxış edir. Toplantıda iştirak etmək üçün NATO-nun yeni baş katibi seçilən, Danimarkanın keçmiş Baş naziri Anders Foq Rasmussen də Türkiyəyə gəlib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar