SON XƏBƏRLƏR

Mirzə Sakit bu dəqiqələrdə azadlığa çıxmalıdır

2021.10.20, 07:36
Mirzə Sakit bu dəqiqələrdə azadlığa çıxmalıdır

Gunaz.tv
Mirzə Sakit bu dəqiqələrdə azadlığa çıxmalıdır Bu gün səhər Mirzə Sakit evə zəng edib və buraxılacağını bildirib Maarif Çingizoğlu «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit indilərdə azadlığa çıxmalıdır. Bu barədə «Azadlıq» radiosuna onun həyat yoldaşı Rəna Zahidova məlumat verib. Rəna Zahidovanın dediyinə görə, bu gün səhər Mirzə Sakit evə zəng edib və buraxılacağını bildirib. Hazırda onun ailə üzvləri 10 saylı həbsxananın qarşısında Mirzə Sakitin buraxılmasını gözləyirlər. Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il martın 17-də qüvvəyə minən Amnistiya Aktı ilə cəzasının qalan hissəsindən azad edilib. Jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir. Beynəlxalq hüquq müdafiə təşkilatları onun və həbsdə olan digər jurnalistlərin azadlığa buraxılmasını tələb edirlər.azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar