SON XƏBƏRLƏR

UKRAYNADA SİYASİ BÖHRAN YENİDƏN GÜNDƏMƏ GƏLİB

2021.10.20, 07:36
UKRAYNADA SİYASİ BÖHRAN YENİDƏN GÜNDƏMƏ GƏLİB

Gunaz.tv
UKRAYNADA SİYASİ BÖHRAN YENİDƏN GÜNDƏMƏ GƏLİB Etiraz aksiyaları davam edir Dünyada hökm sürən iqtisadi böhrandan ən çox ziyan çəkən Avropa ölkələrindən biri olan Ukraynada etiraz aksiyaları davam edir. Hökümətin iqtisadi siyasətindən narazı olan minlərlə Ukraynalı paytaxt Kiyevdə etiraz aksiyası keçiriblər. Ukraynada siyasi böhran yenidən gündəmə gəlib. Belə ki, ölkə rəhbərliyinin iqtisadi siyasətinə ciddi etiraz edən müxalifət prezident Viktor Yuşenkonun istefasını tələb edirlər. Viktor Yuşenko isə növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsinə razı olduğunu bildirib. Bu arada isə minlərlə ukraynalı paytaxt Kiyevin mərkəzi meydanlarının biri olan Müstəqillik Meydanında etiraz aksiyası təşkil ediblər. Müxalifət partiyası olan Regionların təşkilatçılığı ilə keçirilən kütləvi nümayişdə Ukrayna rəhbərliyinin iqtisadi siyasətinin iflasa uğradığını, bunun nəticəsinə isə ölkənin dərin böhrana düşdüyü ifadə olunub. Regionlar partiyasının sədri Viktor Yanukoviç isə tezliklə hazırki iqtidar istefaya göndərə biləcəklərini bildirib. Xatırladaq ki, Ukrayna höküməti iqtisadi böhrana qarşı mübarizə istiqamətində bir sıra tədbirlər planı həyata keçirib. Beynəlxalq valyuta Fondu ilə 16 milyard 400 milyon dollar dəyərində kredit almaq barədə razılıq əldə olunub. Ali Radada say üstünlüyünə malik olan Regionlar Partiyası isə daha müfəssəl anti böhran planı qəbul etməyi tələb edir. /İctimai TV/ Çap üçün © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar