SON XƏBƏRLƏR

Pezeşkian Xamənei ilə görüşüb

2026.05.07, 17:16
Pezeşkian Xamənei ilə görüşüb

İran Prezidenti Məsud Pezeşkian ölkənin rəhbəri Müctəba Xamenei ilə görüşüb.

Gunaz.tv

Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşündə bu barədə danışıb.

O, İranın rəhbəri ilə görüşünün səmimi atmosferdə keçdiyini bildirib:

“Bu yaxınlarda ali rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”.

Pezeşkian görüşün qarşılıqlı hörmət mühitində baş tutduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə ABŞ və İsrailin 28 fevralda İranın mərhum ali rəhbəri Əli Xaməneinin iqamətgahına hücum zamanı Müctəba Xameneinin də ağır yaralandığı, hətta süni tənəffüs aparatına qoşulduğu bildirilirdi. 

İran rəsmilərinin onun salğlam olduğu barədə iddialarına baxmayaraq, bu günə kimi onun hər hansı video və audio  çıxışı yayımlanmayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar