SON XƏBƏRLƏR

ABŞ konqresmeni Trampın İrana qarşı hərbi səlahiyyətlərini iyuladək uzadan qanun layihəsi təklif edib

2026.05.08, 11:26
ABŞ konqresmeni Trampın İrana qarşı hərbi səlahiyyətlərini iyuladək uzadan qanun layihəsi təklif edib

Respublikaçı konqresmen Tom Barret Prezident Donald Trampa İrana qarşı hərbi əməliyyatları 30 iyul tarixinədək davam etdirmək səlahiyyəti verən qanun layihəsi təqdim edib.

Gunaz.tv

Konqresmenin sözlərinə görə, “Hərbi Gücdən İstifadəyə İcazə” (AUMF) adlı sənəd Trampa İranın nüvə proqramını məhv etmək, amerikalılara qarşı təhdidlərin qarşısını almaq, İran limanlarına qarşı blokadanı davam etdirmək və Hörmüz boğazında ABŞ və müttəfiq ölkələrin gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün aydın mandat verəcək.

O bildirib ki, qanun layihəsi Trampa “bir nəfər belə amerikalı əsgəri yerə göndərmədən İranın nüvə proqramını məğlub etmək üçün 30 iyula qədər vaxt” verir.

Təklif olunan layihəyə əsasən, administrasiya hər 30 gündən bir Konqresə hərbi əməliyyatlar, mülki və hərbi itkilər, həmçinin atılan addımların hüquqi və siyasi əsasları barədə hesabat təqdim etməlidir.

Yaxın Şərqdə xidmət etmiş ordu veteranı olan Barrett vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə imkan verilməməlidir.

“Əgər keçmiş xarici siyasət uğursuzluqlarımızdan dərs çıxarmasaq, onları təkrarlamağa məhkumuq,” — deyə o bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar