SON XƏBƏRLƏR

Qalibaf: ABŞ-ın başqa yolu yoxdur

2026.05.12, 07:49
Qalibaf: ABŞ-ın başqa yolu yoxdur

Qalibaf ABŞ-ı “ardıcıl məğlubiyyətlərlə” hədələdi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Donald Trampın İranın ABŞ ilə razılaşma təkliflərindən narazı qalmasına cavab olaraq Vaşinqtonun İran hakimiyyətinin 14 maddəlik planını qəbul etməkdən başqa “yolu” olmadığını iddia edib.

Qalibaf bazar ertəsi axşamı “X” sosial şəbəkəsində ingilis dilində paylaşdığı mesajda yazıb: “İran xalqının hüquqlarının 14 maddəlik planda göstərildiyi şəkildə qəbul edilməsindən başqa heç bir həll yolu yoxdur.”

O həmçinin xəbərdarlıq edib: “Başqa hər hansı yanaşma tamamilə nəticəsiz olacaq; ardıcıl məğlubiyyətlərdən başqa heç nə gətirməyəcək.”

İran parlamentinin sədri daha sonra ABŞ rəsmilərini təhdid edərək bildirib: “Nə qədər çox geciksələr, Amerika vergi ödəyicilərinin üzərinə düşən yük bir o qədər ağır olacaq.”

Qalibaf Donald Trampın İranın yeni təkliflərindən yenidən narazılığını ifadə etməsindən bir neçə saat sonra paylaşdığı başqa mesajda İran hakimiyyətinin “bütün variantlara hazır olduğunu” da bildirib.

ABŞ prezidenti Donald Tramp isə bazar ertəsi Ağ Evdə İranın müharibənin sona çatması üçün təqdim etdiyi yeni təklifləri “axmaqca” adlandırıb.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar