SON XƏBƏRLƏR

Donald Tramp: İran razılaşma imzalamağa can atır

2026.05.18, 13:02
Donald Tramp: İran razılaşma imzalamağa can atır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran razılaşmaya nail olmaq istəyir, lakin Tehran müzakirə olunan anlaşmalardan sonra şərtləri dəyişir.

Gunaz.tv

Bu barədə o, “Fortune” jurnalına müsahibəsində danışıb.

“Bir şeyi deyə bilərəm — onlar [razılaşma] imzalamaq üçün can atırlar. Amma razılaşma əldə edirsən, sonra isə sənə danışılan razılaşma ilə heç bir əlaqəsi olmayan bir sənəd göndərirlər. Mən də deyirəm: ‘Siz dəlisinizmi?’” - deyə Tramp bildirib.

Tramp həmçinin bildirib ki, faiz dərəcələri də daxil olmaqla iqtisadi göstəriciləri müharibə başa çatmadan tam qiymətləndirmək mümkün deyil.

“Müharibə bitmədən rəqəmlərə tam baxmaq olmaz,” – o əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar