SON XƏBƏRLƏR

Tramp İranla razılığa gəlmək üçün "yaxşı şans"ın olduğunu bildirib

2026.05.19, 11:21
Tramp İranla razılığa gəlmək üçün "yaxşı şans"ın olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun silahlı qarşıdurmaya son qoyulması ilə bağlı Tehranla razılaşmalar bağlamaq üçün real perspektivlərinin olduğuna əminliyini ifadə edib.

Gunaz.tv

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Onlar hazırda bizim nümayəndələrimizlə və İranla birbaşa əlaqə saxlayırlar", - Tramp Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və bir sıra digər dövlətlərdən olan vasitəçiləri nəzərdə tutaraq deyib.

Onun sözlərinə görə, nəticə əldə etmək ehtimalı "olduqca yüksək" görünür.

"Əgər biz İranı tamamilə məhv etmədən buna (Tehranın nüvə silahı əldə etməsinə yol verilməməsinə) nail ola bilsək, mən çox şad olaram", - Tramp qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar