SON XƏBƏRLƏR

İranlı millət vəkili: İran Hörmüz boğazından “düşmən gəmilərinin” keçidini məhdudlaşdıracaq yeni hüquqi çərçivə hazırlayır

2026.05.19, 11:27
İranlı millət vəkili: İran Hörmüz boğazından “düşmən gəmilərinin” keçidini məhdudlaşdıracaq yeni hüquqi çərçivə hazırlayır

İran parlamenti Hörmüz boğazından “düşmən gəmilərinin” keçidini məhdudlaşdıracaq yeni hüquqi çərçivə hazırlayır.

Gunaz.tv

Bu barədə parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü İbrahim Rzai açıqlama verib.

Onun sözlərinə görə, strateji su yolunun idarə olunmasını nəzərdə tutan çərçivə parlament tərəfindən təsdiqlənəcək.

“Amerikalılar ya diplomatiyaya və bizim şərtlərimizə tabe olmalıdır, ya da raketlərimizin gücü ilə üzləşməlidirlər”, — deyə Rzai bildirib.

Deputat iddia edib ki, İrana qarşı hər hansı yeni hücum daha sərt cavabla qarşılanacaq və Tehran bütün ssenarilərə hazırdır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar