SON XƏBƏRLƏR

İnsan Haqları təşkilatı: İran apreldə iki iraq vətəndaşını gizli şəkildə edam edib

2026.05.21, 11:26
İnsan Haqları təşkilatı: İran apreldə iki iraq vətəndaşını gizli şəkildə edam edib

“Hengaw” İnsan Haqları Təşkilatı bildirib ki, İran apreldə iki İraq vətəndaşını ərəb ölkələrindən biri üçün casusluq ittihamı ilə gizli şəkildə edam edib.

Gunaz.tv

Təşkilat edam olunan şəxslərin İraqın Əmara şəhərindən olan 27 yaşlı Əli Nadir əl-Ubeydi və 29 yaşlı Fazil Şeyx Kərim olduğunu açıqlayıb. Məlumata görə, onlar aprelin 6-da Tehranın qərbində yerləşən Kərəc mərkəzi həbsxanasında edam ediliblər.

“Hengaw” məlumatlı mənbələrə istinadən bildirib ki, həmin şəxslər ötən il Kərəcdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 11 ay ərzində kəşfiyyat orqanlarının nəzarətində olan təcridxanalarda saxlanılıblar. Təşkilat onların bu müddətdə işgəncəyə məruz qaldığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar