SON XƏBƏRLƏR

İran: ABŞ ilə fikir ayrılıqları dərindir; razılaşma yaxın deyil

2026.05.22, 21:45
İran: ABŞ ilə fikir ayrılıqları dərindir; razılaşma yaxın deyil

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin sözçüsü İsmayıl Bəqayi Tehranla Vaşinqton arasında fikir ayrılıqlarının hələ də dərin olduğunu və qısa müddətdə razılaşmanın real görünmədiyini bildirib.

Bəqayi deyib: “İran və ABŞ arasında fikir ayrılıqları o qədər dərin və çoxdur ki, bir neçə gediş-gəliş və ya bir neçə həftəlik danışıqlarla mütləq nəticəyə gələcəyimizi demək olmaz.”

O, razılaşmanın yaxın olduğu barədə yayılan məlumatları da təkzib edərək əlavə edib: “Mütləq şəkildə razılaşmaya yaxınlaşdığımızı deyə bilmərik.”

Bu açıqlama ABŞ dövlət katibi Marko Rubionun bir neçə saat əvvəl İranın uran zənginləşdirmə proqramının gələcəyinin danışıqların əsas mövzularından biri olmalı olduğunu deməsindən sonra səslənib.

Bəqayi həmçinin təsdiqləyib ki, Qətərdən gələn nümayəndə heyəti Tehranda İranın xarici işlər naziri ilə danışıqlar aparır. Bununla belə, onun sözlərinə görə, əsas vasitəçi hələ də Pakistan tərəfidir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar