SON XƏBƏRLƏR

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini mənasız hesab edir

2026.05.23, 10:08
İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini mənasız hesab edir

İran hakimiyyəti hesab edir ki, ABŞ ilə aparılan danışıqların hazırkı mərhələsində yüksək zənginləşdirilmiş uran məsələsinin müzakirəsi nəticə verməyəcək.

Gunaz.tv

"Tasnim"in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

“İranda yüksək zənginləşdirilmiş uran məsələsi ilə bağlı mövqeyimizi çox açıq şəkildə bildirmişik. Hazırkı mərhələdə bu mövzuları müzakirə etməyə çalışsaq, nəticə əldə edə bilmərik”, – deyə Bəqai bildirib.

Onun sözlərinə görə, tərəflər daha əvvəl də bu məsələ ətrafında dialoq aparmağa cəhd göstərsələr də, ciddi fikir ayrılıqları səbəbindən razılıq əldə olunmayıb.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar