SON XƏBƏRLƏR

Uranın İrandan çıxarılması məqbul deyil!- Bəqai

2026.05.23, 13:19
Uranın İrandan çıxarılması məqbul deyil!- Bəqai

ABŞ-ın İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranın çıxarılması tələbi məqbul deyil.

Gunaz.tv

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai deyib.

O, Tehranın məsələ ilə bağlı mövqeyinin aydın olduğunu vurğulayaraq, mövcud şəraitdə detallara girməyin nəticə əldə etməyi qeyri-mümkün etdiyini söyləyib.

Sözçü, eyni zamanda, İslam Respublikasının Hörmüz boğazı üzərində tam suverenliyində israr etdiyini bildirib.

Bəqainin bu açıqlaması ABŞ prezidenti Donald Tramp İranda qalan yüksək dərəcədə zənginləşdirilmiş uranı özünün "qırmızı xətti" adlandırdığı bir vaxtda təsadüf edir.

ABŞ dövlət katibi Marko Rubio da xəbərdarlıq edib ki, Tehran tərəfindən Hörmüz boğazında rüsumların yığılması üçün hər hansı bir mexanizm mümkün olan hər hansı bir razılaşmanın sonu demək olacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar