SON XƏBƏRLƏR

Pakistanın vasitəçiliyi Tehran-Vaşinqton danışıqlarında düyünü açdı

2026.05.23, 15:30
Pakistanın vasitəçiliyi Tehran-Vaşinqton danışıqlarında düyünü açdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Sky News Arabia məlumatlı mənbələrə istinadən bildirib ki, Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqlarda ən mürəkkəb məsələlərdən biri olan İranın nüvə dosyesi böyük ölçüdə həll yoluna yaxınlaşıb.

Məlumata görə, Tehran və Vaşinqton arasında hələ də həllini tapmayan məsələlər Livandakı müharibənin dayandırılması, ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması və bölgədə hərbi qüvvələrin geri çəkilməsi ilə bağlıdır.

Bu mənbələr bildiriblər ki, İran Hörmüz boğazının yenidən açılmasını və yaxın 30 gün ərzində yeni danışıqlar mərhələsinin başlanmasını bu məsələlərin həllinə bağlayıb. Tehran eyni zamanda maliyyə aktivlərinin azad olunması ilə bağlı təklif edilən 25 faizdən daha artıq pay tələb edir.

Məlumatda həmçinin qeyd olunur ki, Məsud Pezeşkian hökuməti ilə SEPAH arasında bu tələblərlə bağlı ciddi fikir ayrılığı mövcuddur. Bildirilir ki, SEPAH hər hansı güzəştə qarşı çıxır, hökumət isə vasitəçilərin təqdim etdiyi təklifə daha yaxın mövqe sərgiləyir.

Bu inkişaflar Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Münirin Tehrana səfəri və onun İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşü fonunda baş verir. Pakistan rəsmiləri bu səfərin davam edən vasitəçilik səylərinin bir hissəsi olduğunu açıqlayıblar.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar