SON XƏBƏRLƏR

Qalibaf: İran kompromisə getməyəcək

2026.05.23, 16:42
Qalibaf: İran kompromisə getməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranda Pakistan ordusunun baş qərargah rəisi Asim Munir ilə görüşündə bildirib ki, İran İslam Respublikası ölkənin maraqları hesab etdiyi məsələlərdə güzəştə getməyəcək.

Gunaz.tv

Dövlət televiziyasının məlumatına görə, Qalibaf bildirib ki, İran silahlı qüvvələri atəşkəs dövründə öz imkanlarını yenidən bərpa edib və iddia edib ki, əgər müharibəni yenidən başlasa, nəticələr “daha dağıdıcı” olacaq.

İran dövlət televiziyası həmçinin xəbər verib ki, İranın xarici işlər naziri Abbas Əraqçi İranın təklifləri ilə bağlı danışıqlardan sonra Asim Munir ilə ikinci dəfə görüş keçirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü isə bildirib ki, danışıqlardakı fikir ayrılıqları hələ də çox geniş olaraq qalır.

 

C

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar