SON XƏBƏRLƏR

İran və ABŞ razılaşmaya yaxınlaşır

2026.05.23, 18:53
İran və ABŞ razılaşmaya yaxınlaşır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran, ABŞ və Pakistan rəsmiləri Tehranla Vaşinqton arasında aparılan dolayı danışıqlarda irəliləyiş əldə olunduğunu bildiriblər.

İran Xarici İşlər Nazirliyi açıqlayıb ki, Tehran hazırda bir “memorandum”un yekunlaşdırılması üzərində çalışır. Bildirilir ki, sənədin əsas mövzuları müharibənin dayandırılması, dəniz blokadasının aradan qaldırılması və İranın dondurulmuş maliyyə vəsaitlərinin azad olunmasıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, son günlər danışıqlarda fikir ayrılıqlarının azalması istiqamətində irəliləyiş olub, lakin bəzi məsələlər üzrə vasitəçilər vasitəsilə müzakirələr davam edir.

ABŞ dövlət katibi Marko Rubio da İran məsələsində “irəliləyiş” olduğunu deyib və Vaşinqtonun yaxın günlərdə bu barədə yeni açıqlama verə biləcəyini bildirib.

Bu proses Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Münirin Tehrana səfəri və İslamabadın vasitəçilik səylərinin davam etdiyi bir vaxtda baş verir.

Buna baxmayaraq, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının Vaşinqton üçün əsas prioritet olaraq qaldığını vurğulayır. Tehran isə konkret təminatlar olmadan qarşı tərəfə etibar etməyəcəyini bildirir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar