SON XƏBƏRLƏR

Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin sədri seçildi

2026.05.25, 11:49
Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin sədri seçildi

Məhəmməd Baqir Qalibaf İran parlamentinin üzvləri tərəfindən ardıcıl üçüncü il olaraq 12-ci Parlamentin sədri seçilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, bu gün mayın 25-i parlamentin Rəyasət Heyətinin üçüncü sessiyası keçirilib və Qalibafın daha bir illik müddətə spiker vəzifəsində qalması qərara alınıb.

Qalibaf 7 ildir ki, İran parlamentinin sədri vəzifəsini icra edir.

Qeyd edək ki, İran parlamentinin Rəyasət Heyətinin 12 üzvü var:Bbir spiker, iki vitse-spiker, üç müşahidəçi və altı katib. Rəyasət Heyətinin üzvləri üzvlərin birbaşa səsverməsi ilə bir illik müddətə seçilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar