SON XƏBƏRLƏR

İran ABŞ-dan 1 ay vaxt istədi

2026.05.26, 09:26
İran ABŞ-dan 1 ay vaxt istədi

ABŞ və İran arasında hərbi münaqişəyə son qoyulmasına dair memorandum layihəsində Tehrana Hörmüz boğazında naviqasiya təhlükəsizliyini tam bərpa etmək üçün 30 gün vaxt verilməsi nəzərdə tutulur.

Gunaz.tv

Bu barədə “Nikkei” qəzeti mənbəyə istinadla məlumat yayıb.

Bildirilir ki, ABŞ və İran arasında müzakirə olunan plana əsasən, tərəflər münaqişənin dayandırılması barədə razılığa gəldikdən təxminən 30 gün sonra Hörmüz boğazının açılması nəzərdə tutulur.

Nəşrin mənbəsinin sözlərinə görə, İran tərəfi boğazda yerləşdirilmiş minaların təmizlənməsi üçün 30 gün vaxt istəyib. Yalnız bundan sonra normal gəmiçiliyin texniki baxımdan bərpası mümkün olacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar