SON XƏBƏRLƏR

Ruslar İranın nüvə stansiyasına qayıtmaq istəmirlər

2026.05.27, 23:30
Ruslar İranın nüvə stansiyasına qayıtmaq istəmirlər

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Rusiyanın dövlət nüvə enerjisi şirkəti “Rosatom” əməkdaşlarının Buşehr nüvə stansiyasına qayıdışının İrandakı gərginlik və qeyri-müəyyən təhlükəsizlik vəziyyətinə görə təxirə salındığını açıqlayıb.

“Rosatom”un baş direktoru Aleksey Lixaçev çərşənbə günü jurnalistlərə bildirib: “Təəssüf ki, İran və ABŞ arasında aparılan danışıqların gedişi ilə bağlı ziddiyyətli xəbərlər eşidirik və vaxtaşırı İranın müxtəlif nöqtələrinə hücumlar barədə məlumatlar yayılır. Buna görə əməkdaşlarımızın qayıdışını təxirə saldıq”.

O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin də bu qərardan məlumatlıdır və qərarı təsdiqləyib.

“Rosatom” daha əvvəl ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra 813 əməkdaşını Buşehrdən çıxarmışdı. Şirkətin açıqlamasına görə, yalnız təhlükəsizliyin təmin olunması və yeni mərhələlərin tikintisinin davam etdirilməsi üçün zəruri sayılan 20 əməkdaş Buşehrdə saxlanılıb.

“Rosatom”un baş direktoru həmçinin bildirib ki, stansiyanın yeni bloklarının tikintisi davam edir və ikinci və üçüncü enerji blokları üçün reaktorlar və buxar generatorları da daxil olmaqla əsas avadanlıqlar hazırda istehsal olunur.

Rusiyalı rəsmilərin açıqlamaları son hücumlardan və bölgədə artan gərginlikdən sonra İranın nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda gündəmə gəlib.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar