SON XƏBƏRLƏR

ABŞ ordusu İrandakı bir hədəfə zərbə endirib.

2026.05.28, 09:29
ABŞ ordusu İrandakı bir hədəfə zərbə endirib.

ABŞ ordusu daha əvvəl İranın Hörmüz boğazında ticarət gəmilərinə doğru dörd hücum dronu buraxmasından sonra İrandakı bir hədəfə zərbə endirib.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" rəsmi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən ikisinin bildirdiyinə görə, ABŞ qüvvələri dronları havada məhv edib və İranın cənubundakı Bəndar Abbas liman şəhəri yaxınlığında yerləşən idarəetmə məntəqəsinə zərbə endirib.

Məlumatda qeyd olunub ki, İran dronları F-16, F/A-18 və F-35 döyüş təyyarələri tərəfindən vurulub. Dronların qarşısı alındıqdan sonra F/A-18 təyyarələri daha bir dron buraxmağa hazırlaşan yerüstü heyəti bombardman edib.

Tramp administrasiyasının rəsmiləri hücumları “müdafiə xarakterli və məhdud” əməliyyat kimi qiymətləndirib və bunun atəşkəsi pozacaq bir eskalasiya olmadığını bildiriblər.

İki mənbənin məlumatına görə, hadisə nəticəsində ölən olmayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar