SON XƏBƏRLƏR

IDF SEPAH-la əlaqəli qruplaşmanın raket qüvvələrinin rəhbərini hədəfə alıb

2026.05.28, 16:05
IDF SEPAH-la əlaqəli qruplaşmanın raket qüvvələrinin rəhbərini hədəfə alıb

İsrail Beyrutda SEPAH-a bağlı mövqelərə zərbə endirib.

Gunaz.tv

İsrail mediasının təhlükəsizlik mənbəsinə istinadən verdiyi məlumata görə, İsrail ordusunun Beyruta endirdiyi zərbənin hədəfi “İmam Hüseyn diviziyası”nın raket qüvvələrinin rəhbəri Əli əl-Hüsni olub.

Hücum zamanı onun öldürülüb-öldürülmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, "İmam Hüseyn diviziyası”nın İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yaradıldığı və maliyyələşdirildiyi, eyni zamanda, hərbiləşdirilmiş qruplaşmanın SEPAH-ın Qüds qüvvələri tərəfindən İsrailə qarşı əməliyyatlar üçün fəal şəkildə istifadə olunduğu bildirilir.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar