SON XƏBƏRLƏR

Şərq qəzeti: İranda orta təbəqə sağ qalmaq uğrunda mübarizə aparır

2026.05.30, 13:00
Şərq qəzeti: İranda orta təbəqə sağ qalmaq uğrunda mübarizə aparır

“Şərq” qəzeti sahə araşdırmasına əsaslanan bir reportajında Tehranda orta təbəqənin yaşayış vəziyyəti barədə acı bir mənzərə təqdim edib; orta təbəqə bir zamanlar iş, təhsil, sabit maaş və aylıq gəlir sayəsində gündəlik yoxsulluqdan uzaq hesab olunurdu, lakin indi onun böyük bir hissəsi ayın sonuna qədər “sağ qalmaq” mübarizəsi aparır.

Gunaz.tv

Hesabatda qyed olunana görə, işini itirmək qorxusu və “damla-damla” gəlir bir çox məmuru maaş artımı tələb etməkdən çəkindirir.

“Şərq”in yazdığına görə, bir çox ailələrdə iki məmur maaşı belə ayın yalnız ikinci həftəsinə qədər kifayət edir. Bundan sonra bank hesabları boşalır və ailələr qalan iki həftəni borc, xərcləri azaltmaq, minimum alış-veriş və növbəti maaşı gözləməklə keçirirlər.

“Şərq” həmçinin mağazalarda kiçik ərzaq oğurluqlarının artmasından da bəhs edir; xüsusilə qiyməti yüksək və ölçüsü kiçik olduğu üçün ton balığı kimi məhsullar daha çox hədəfə çevrilir. Çörəkxanalarda isə bəzi müştərilər tam çörək almaq əvəzinə yarım və ya hissə çörək istəməyə başlayıblar.

Bu gün orta təbəqə inflyasiya, kirayə qiymətləri, işsizlik və qeyri-kafi sosial dəstək təzyiqi altında ev almaq və yığım etmək xəyallarından imtina edərək, çörək və bir neçə əsas ərzağın hesabını aparmaq mərhələsinə gəlib çatıb.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar