SON XƏBƏRLƏR

Cənubi Xorasanda 34 nəfərin əmlakı müsadirə edilib

2026.05.31, 10:13
Cənubi Xorasanda 34 nəfərin əmlakı müsadirə edilib

İranın Cənubi Xorasan əyalətində İran hökumətinin "satqın" elan etdiyi 34 müxalif şəxsin əmlakı müsadirə edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

"Həmin şəxslərin daşınar və daşınmaz əmlaklarının, eləcə də bank hesablarının müəyyən edilməsi və müsadirə edilməsi üçün bütün qanuni tədbirlər görülüb və indiyə qədər bir sıra qeydiyyatdan keçmiş əmlak və mənzillər, avtomobillər, bank hesabları və bir neçə digər qiymətli əşyalar müəyyən edilərək müsadirə edilib",- məlumatda bildirilib.

Onlar "ABŞ və İsrailə dəstək vermək"də günahlandırılıblar.

Əmlakı müsadirə olunanların kimliyi barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar