SON XƏBƏRLƏR

Pezeşkian: Dövlət televiziyasının təqdim etdiyi məlumatlar ölkə reallıqlarını əks etdirmir

2026.05.31, 15:53
Pezeşkian: Dövlət televiziyasının təqdim etdiyi məlumatlar ölkə reallıqlarını əks etdirmir

Gunaz.tv

İran prezidenti Məsud Pezeşkian dövlət televiziyasında səsləndirilən bəzi təhlil və məlumatları tənqid edərək bildirib ki, bəzi hallarda yayımlanan məzmun ölkədəki vəziyyət barədə qeyri-real təsəvvür yarada bilər və bu məsələyə ciddi şəkildə yenidən baxılmalıdır.

Pezeşkian elm naziri və nazirliyin bir qrup müavini və rəhbər şəxsləri ilə keçirdiyi görüşdə ölkə problemlərinin təhlilində reallıqlara diqqət yetirilməsinin və elmi məlumatlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

O həmçinin xəbərdarlıq edib ki, cəmiyyətin ictimai mühiti sənədsiz məlumatların və elmi əsaslardan məhrum yanaşmaların təsiri altına düşməməlidir.

İran prezidenti qeyd edib ki, həqiqət şəxslərdən asılı deyil və elm sahəsində doğruluq sübutlar, məntiqi əsaslandırmalar və sənədlər əsasında müəyyən edilir.

 

GünAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar