SON XƏBƏRLƏR

İran ABŞ-ın istifadə etdiyi aviabazaya zərbə endirdiyini iddia edib

2026.06.01, 09:55
İran ABŞ-ın istifadə etdiyi aviabazaya zərbə endirdiyini iddia edib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAAH) iyunun 1-də ABŞ-ın İranın cənubuna endirdiyi hücuma cavab olaraq Amerika qüvvələrinin istifadə etdiyi bir aviabazanı hədəfə aldığını açıqlayıb.

Fars və Tasnim agentliklərinin SEPAAH-ın bəyanatına istinadən yaydığı məlumata görə, ABŞ-ın hücumu Hörmüzqan ostanının Sirik adasında yerləşən “bir rabitə dirəyinə” qarşı həyata keçirilib. SEPAAH-ın Aerokosmik Qüvvələri isə cavab olaraq “təcavüzün başlandığı aviabazanı” hədəfə aldığını bildirib.

SEPAAH bəyanatda həmin bazanın adını və yerləşdiyi məkanı açıqlamayıb. Bununla yanaşı, “əvvəlcədən müəyyən edilmiş hədəflərin məhv edildiyini” iddia edib.

SEPAAH-ın Aerokosmik Qüvvələri həmçinin xəbərdarlıq edərək bildirib ki, hücumların təkrarlanacağı təqdirdə “tamamilə fərqli cavab” veriləcək.

Bu iddialar ABŞ və İran arasında davam edən danışıqlarla paralel olaraq səsləndirilir. Hələlik SEPAAH-ın açıqladığı hücumun nəticələri və mümkün zərərlər barədə müstəqil mənbələr tərəfindən təsdiqlənmiş məlumat yayılmayıb. Son aylarda Tehran və Vaşinqton arasında hərbi gərginlik bir neçə dəfə qarşılıqlı məhdud hücumlarla müşayiət olunub.


GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar