SON XƏBƏRLƏR

İranda beş böyük su anbarının doluluq səviyyəsi 10%-dən aşağı düşüb

2026.06.01, 12:33
İranda beş böyük su anbarının doluluq səviyyəsi 10%-dən aşağı düşüb

İranın Su Ehtiyatlarının İdarə Edilməsi Şirkətinin son məlumatlarına görə, ölkədəki beş böyük su anbarında su ehtiyatlarının səviyyəsi ümumi tutumun 10 faizindən aşağı düşüb.

Gunaz.tv

Mayın 30-na olan vəziyyətə əsasən, Lar, Dusti (Dosti), 15 Xordad, BarzuSavə su anbarlarının doluluq səviyyəsi 10 faizdən az olub.

Bu göstəricilər ölkənin quraqlıq və artan su tələbatı ilə üzləşdiyi bir vaxtda İranın su təchizatı üzərində təzyiqin davam etdiyini göstərir.

Adı çəkilən su anbarları ölkənin ən mühüm su ehtiyatı obyektlərindən hesab olunur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar