SON XƏBƏRLƏR

Bəhreyn İranın mülki obyektləri hədəf alan raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini bildirib

2026.06.03, 11:02
Bəhreyn İranın mülki obyektləri hədəf alan raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini bildirib

Bəhreyn ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən mülki obyektlərə yönəldilmiş üç raketi və bir neçə pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.

Gunaz.tv

Bəhreyn Müdafiə Qüvvələrinin bəyanatında bildirilib ki, İran raket və dron hücumları vasitəsilə sistemli düşmənçilik siyasətini davam etdirir.

Qurum ölkənin bütün hərbi bölmə və hissələrinin Bəhreyni müdafiə etmək üçün ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini qeyd edib.

Hərbi qurum sakinlərə müraciət edərək, hücumdan sonra qalmış şübhəli əşyalara yaxınlaşmamağı və onlara toxunmamağı, belə halların dərhal aidiyyəti qurumlara bildirilməsini tövsiyə edib.

Bəyanatda raket və pilotsuz uçuş aparatlarından istifadə edərək mülki obyektləri və şəxsi mülkiyyətin hədəfə alınmasının beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması hesab olduğu bildirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar