SON XƏBƏRLƏR

ABŞ İrana hücum etdi

2026.06.10, 05:40
ABŞ İrana hücum etdi

ABŞ Hörmüz boğazı ətrafında yerləşən İranın hərbi hədəflərinə zərbələr endirib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ ordusu çərşənbə günü səhər saatlarında İranın cənubundakı hərbi mövqelərə qarşı bir sıra hava hücumları həyata keçirib.

Məlumatlara əsasən, Qəşm, Cask, Bəndər-Abbas və Hörmüzqan vilayətinin bəzi bölgələrində bir neçə partlayış səsi eşidilib. Amerika KİV-ləri ABŞ rəsmilərinə istinadən bildiriblər ki, Hörmüz boğazı ətrafında yerləşən hava hücumundan müdafiə sistemləri, radar mərkəzləri və yerüstü idarəetmə məntəqələri hədəfə alınıb.

Axios-un müxbiri bir amerikalı rəsmiyə istinadən yazıb ki, İran daxilində azı 20 hədəfə zərbə endirilib.

Bu hücumlar ABŞ ordusuna məxsus “Apache” hücum helikopterinin bölgədə vurulmasından sonra həyata keçirilib.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar