SON XƏBƏRLƏR

İran xarici işlər naziri Türkiyə və Səudiyyə Ərəbistanı həmkarları ilə danışıqlar aparıb

2026.06.10, 09:07
İran xarici işlər naziri Türkiyə və Səudiyyə Ərəbistanı həmkarları ilə danışıqlar aparıb

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, o, gecə ərzində Türkiyənin xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Gunaz.tv

Danışıqlarda ABŞ-ın İranın cənubuna endirdiyi zərbələrdən sonra regiondakı vəziyyət müzakirə olunub.

Əraqçi telefon söhbətlərində ABŞ zərbələrini pisləyərək onların İranın milli suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.

O qeyd edib ki, İranın özünü müdafiə etmək və silahlı qüvvələri vasitəsilə qarşılıq vermək kimi təbii hüququ var.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar